Yaponiyalı deputatdan Kiyevə xəbərdarlıq: “İkinci Dünya Müharibəsindəki faciəni təkrarlamayın- ÖZƏL 

Yaponiyanın parlamentinin yuxarı palatasının üzvü Muneo Suzuki Ukrayna rəhbərliyini Rusiyaya qarşı ritorikanı dayandırmağa və danışıqlara başlamağa çağırıb. Olaylar az xəbər verir ki, o, bildirib ki, Ukrayna vəziyyətini düzgün qiymətləndirməli, emosional çıxışlardan çəkinməli və Rusiya ilə sakit, ardıcıl şəkildə dialoqa getməlidir.
"Ukraynanın Yaponiyanın taleyini təkrarlamasını istəmirəm. Onlar öz durumlarını anlamalı, yersiz açıqlamalardan çəkinməli və danışıqlara razılıq verməlidirlər," - deyə Suzuki şəxsi bloqunda yazıb.
Deputat Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edərək qeyd edib ki, o, ölkəsinin bu müharibəni təkbaşına uda bilməyəcəyini bilə-bilə emosional və sərt çıxışlar edir. Suzuki həmçinin Ukraynadakı vəziyyəti İkinci Dünya Müharibəsinin sonlarında Yaponiyanın düşdüyü duruma bənzədib.
"80 il əvvəl bir qrup yapon hərbçisi xalqa çağırış edirdi: 'Sonuncu əsgərə qədər döyüşək', 'Qadın və uşaqları bambuk nizələrlə ABŞ-a qarşı vuruşmağa səfərbər edək'. Bu çağırışlar ölkəni fəlakətə apardı," - deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya Ukrayna ilə danışıqlara heç bir ilkin şərt olmadan başlamağa hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31