Çin XİN rəhbəri: Pekin Ukrayna böhranının əsas səbəblərinin aradan qaldırılmasını gözləyir– ÖZƏL
10:15 DünyaOlaylar.az xəbər verir ki, Çinin xarici işlər naziri Van İ bildirib ki, rəsmi Pekin Ukrayna böhranının köklü səbəblərinin aradan qaldırılmasını gözləyir. Bu barədə o, Braziliyanın Rio-de-Janeyro şəhərində BRİKS ölkələrinin XİN rəhbərlərinin görüşündə danışıb.
Van İ qeyd edib ki, Çin böhranın sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir və ədalətli, dayanıqlı, bütün tərəflər üçün qəbulolunan və məcburi bir sülh sazişinin tezliklə əldə olunmasını istəyir. O, BRİKS ölkələrini obyektiv mövqe tutmağa və dialoq yolu ilə münaqişəni həll etməyə çağırıb.
Nazir əlavə edib ki, bu istiqamətdə BMT qurumlarının fəaliyyətinə dəstək göstərilməli və sülhə şərait yaradılmalıdır.
Xatırladaq ki, noyabr ayında Çin sədri Si Cinpin də Ukraynada sülhə yönəlmiş səslərin birləşdirilməsinin vacibliyini bildirmişdi.