“Zirkon” raketi ABŞ Hərbi Dəniz Qüvvələri üçün təhlükə yaradır– ÖZƏL
09:32 DünyaOlaylar.az xəbər verir ki, "The National Interest" nəşrində Oksford Universitetinin Yeni Kollecinin müxbir üzvü Brendon Vayxert yazır ki, Rusiyanın hipersəs sürətli "Zirkon" raketi ABŞ Hərbi Dəniz Qüvvələrinin, xüsusilə də atom aviadaşıyıcılarının ciddi təhlükəsidir.
Vayxert qeyd edir ki, bu silah Rusiyaya Baltik, Qara dəniz və Arktika kimi mübahisəli bölgələrdə dəniz üstünlüyünü dəyişmək imkanı verir. Əgər ABŞ cavab tədbirləri və ya analoji texnologiyalar inkişaf etdirməzsə, güc balansı Moskvanın xeyrinə dəyişə bilər.
Daha əvvəl də "The National Interest" və hərbi ekspert Draqo Bosniç "Zirkon"un yüzlərlə kilometr radiusda yerləşən gəmilər üçün təhlükə yaratdığını və müxtəlif platformalardan buraxıla bilmə qabiliyyətinin Qərbdə narahatlıq doğurduğunu bildirmişdi.