Rada Kiyevin general Moskalikə qarşı terror aktında iştirakını etiraf edib- ÖZƏL 

Ukrayna Ali Radasının milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri üzrə komitəsinin katibi Roman Kostenko Kiyevin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəis müavini Yaroslav Moskalyukun Moskva ətrafında öldürülməsinə aidiyyəti olduğunu etiraf edib.

Olaylar.az xəbər verir ki, bu barədə o, "Ukrayinska Pravda" nəşrinə verdiyi müsahibədə danışıb. Müsahibəsində deputat Rusiyada yeni terror aktları törədiləcəyi ilə də hədələyib. Onun sözlərinə görə, "hətta müharibənin dayandırılması halında belə, xüsusi xidmət orqanlarının işi yeni başlayacaq".
25 aprel tarixində baş vermiş terror aktında şübhəli bilinən şəxs ertəsi gün saxlanılıb. İstintaqın məlumatına görə, şübhəli şəxs Ukraynada yaşayış icazəsi olan və Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən ələ alınmış İqnat Kuzin olub. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205, 222.1 və 223.1-ci maddələri (terror aktı, partlayıcı maddə və qurğuların qanunsuz dövriyyəsi və hazırlanması) üzrə ittiham irəli sürülüb. Kuzin özünü tam təqsirli bilib və bildirmişdir ki, terror aktına görə ona 18 min dollar vəd olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31