Mişustin: Rusiyaya qarşı 30 min sanksiyaya baxmayaraq iqtisadiyyat böyüyür – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin "Znanıye" cəmiyyətinin maarifləndirmə marafonunda çıxışı zamanı bildirib ki, Rusiyaya qarşı təxminən 30 min sanksiya tətbiq olunmasına baxmayaraq, ölkə iqtisadiyyatı ayaqda durub və inkişaf edir. 

Onun sözlərinə görə, rəqiblər Rusiyanın inkişafını ləngitmək və yeniliklərə, resurslara çıxışını məhdudlaşdırmaq üçün mikroelektronika, avadanlıqlar, təyyarələr, dərmanlar və tibbi məhsullara qarşı sanksiyalar tətbiq ediblər. 

Mişustin əlavə edib ki, Prezidentin rəhbərliyi altında hökumət tərəfindən kompleks tədbirlər həyata keçirilib və nəticədə Rusiyanın ÜDM-i artır, artım tempi isə inkişaf etmiş ölkələri qabaqlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31