Türkiyədəki zəlzələlər sünidir, test edilir - SENSASİON İDDİA
13:54 DünyaAltın və valyuta bazarları üzrə türkiyəli mütəxəssis İslam Memiş bu dəfə iqtisadiyyat sahəsindən kənara çıxaraq Marmara dənizində son günlərdə ard-arda baş verən zəlzələlərlə bağlı mübahisə doğuracaq açıqlamalar verib.
Milli.Az xəbər verir ki, şəxsi "YouTube" kanalında danışan mütəxəssis bu zəlzələlərin təbii olmadığını, süni şəkildə yaradıldığını düşündüyünü bildirib.
O, "Bunu bəlkə sizə konspirasiya nəzəriyyəsi kimi görünə bilər, amma mən düşünürəm ki, Türkiyə zəlzələ mövzusunda test edilən ölkələrdən biridir və bu zəlzələlərin təbii olduğunu düşünmürəm," - deyə qeyd edib.
İslam Memiş açıqlamasında bildirib:
"Mən elmi və biliyi çox sevirəm, cahilliyə qarşı isə ciddi narahatlığım var. Həmişə elmdən və məntiqlə hərəkət etməkdən yana olmuşam. Lakin son illərdəki texnoloji inkişaflar, xüsusilə də kosmos sahəsində yaşanan hərəkətlilik və sosial mediada yayılan görüntülər məni düşünməyə vadar edir. Mənə görə bu zəlzələlər sadəcə təbii proseslərin nəticəsi deyil".
O, zəlzələlərin baş verdiyi gün şəhərlərdə nəqliyyatın dayanması və avtomobillərin bir anda sıradan çıxmasının da təsadüf olmadığını iddia edib.
"Mən bunu insanlar və texnika üzərində aparılan planlı sınaqların bir parçası kimi görürəm. Bu hadisələrin təbii olmadığını düşünürəm. Əsas məqsəd yeni dünya düzəni üçün müxtəlif testlər aparmaqdır," - deyə o bildirib.
Memiş eyni zamanda bu prosesi koronavirus dövründə yaşanan süni idarəetmə ilə müqayisə edərək qeyd edib:
"2030-cu ilə çox az vaxt qalıb. Süni intellekt texnologiyalarının həyatımıza tam daxil olacağı yeni bir dövrə gedirik. İndi insanın refleksləri, hərəkətləri, texnika, təbiət - hər şey müxtəlif təcrübələrdən keçir. Bu, təkcə Türkiyədə deyil, bütün dünyada baş verir. Mənim şəxsi fikrimə görə, bu zəlzələlər də həmin testlərin bir hissəsidir".
İslam Memiş vurğulayıb ki, bu dedikləri şəxsi müşahidələrinə əsaslanır və heç bir elmi sübuta söykənmir.
"Bu, mənim şəxsi qənaətimdir və heç kəsi bağlamır," - deyə o əlavə edib.