İran ABŞ ilə danışıqlarda “qırmızı xətləri” açıqladı – ÖZƏL
28 Aprel 2025 13:41 DünyaBazar ertəsi həftəlik mətbuat konfransında jurnalistlərə açıqlama verən İran hökumət sözçüsü İsmayıl Baqai bildirib ki, ABŞ ilə dolayısı danışıqlarda İranın müəyyən etdiyi qırmızı xətlər var.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, uranın ölkə daxilində zənginləşdirilməsi və sanksiyaların effektiv şəkildə aradan qaldırılması məsələləri bu xətlərə daxildir və bu mövzularda güzəştə gedilməyəcək. Baqai əlavə edib ki, danışıqlar yalnız tərəflər arasında razılaşdırılmış ümumi çərçivə əsasında aparılacaq və detallar yalnız bu çərçivəyə uyğun gələcəyi təqdirdə razılaşdırılacaq. İran və ABŞ arasında Oman vasitəçiliyi ilə keçirilən son dolayısı danışıqlar şənbə günü Müsqatda başa çatıb. Son bir ay ərzində iki ölkə Oman və İtaliyada üç dəfə görüş keçirib.