Pistorius: Ukraynanın işğalı NATO və Avropa üçün maksimum təhlükədir– ÖZƏL
13:30 DünyaOlaylar.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Ukraynanın işğalı və Putinin bu müharibədə qalib gəlməsi NATO ərazisinə, eləcə də Moldova və Gürcüstan kimi qonşu ölkələrə maksimum təhlükə yaradacaq. O qeyd edib ki, Ukraynanın ərazi güzəştləri ilə bağlı bəzi təkliflər, xüsusən ABŞ-da sabiq prezident Donald Tramp administrasiyasının təqdim etdiyi variantlar çox irəli gedir və əsas prinsip gələcək təhlükəsizliyin təminatı olmalıdır. Pistorius əlavə edib ki, ABŞ dəstəyi dayansa belə, Almaniya Ukraynaya hərbi yardımı davam etdirəcək. Onun sözlərinə görə, bu məsələ təkcə Ukrayna ilə həmrəylik deyil, Avropanın təhlükəsizliyi və sülhü məsələsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31