Konqo Respublikası BRİKS-ə qoşulmaq istəyir- ÖZƏL
12:34 DünyaKonqo Respublikası BRİKS təşkilatına qoşulmaq niyyətini açıqlayıb. Dünya iqtisadiyyatının əsas mərkəzlərindən biri hesab olunan BRİKS - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının birliyidir və əsas məqsədi inkişaf etməkdə olan ölkələr arasında iqtisadi, siyasi və mədəni əməkdaşlığı gücləndirməkdir. Olaylar.az xəbər verir ki, bu barədə ölkə prezidenti Deni Sassu-Nqesso "Afrika Təşəbbüsü" agentliyinə verdiyi müsahibəsində bildirib.
"BRİKS layihələri bizim fikrimizcə Afrika üçün, xüsusilə də ölkəmiz üçün maraqlıdır. Hesab edirik ki, belə olan halda Konqo BRİKS-də öz yerini tuta bilər," - deyə dövlət başçısı qeyd edib.
Prezident Sassu-Nqesso həmçinin vurğulayıb ki, o, BRİKS-in bir sıra görüşlərində iştirak edib və sonuncu tədbir Rusiyada baş tutub. "Biz gördük ki, BRİKS digər dövlətlər üçün qapılarını açır və genişlənməyə hazırdır. Düşünürəm ki, bu çox vacib addımdır," - deyə o əlavə edib.
Qeyd edək ki, 2024-cü ildə BRİKS təşkilatına Rusiya sədrlik edib. Bu dövrdə əsas hadisə 22-24 oktyabr tarixlərində Kazan şəhərində keçirilən sammit olub. Həmin tədbirdə təşkilat daxilində "partnyor dövlətlər" kateqoriyasının yaradılması qərara alınıb.