Çin: ABŞ-nin rüsum artımı məşğulluğa mənfi təsir edib – ÖZƏL

ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarını artırması Çində əmək bazarına mənfi təsir göstərib. 

Olaylar.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Əmək Resursları və Sosial Təminat Nazirinin müavini Yu Ciadun brifinqdə bildirib.

"Xarici təsirlər artıb, ABŞ ardıcıl olaraq yüksək rüsumlar tətbiq edib, nəticədə bəzi xarici ticarət şirkətləri istehsal və iş fəaliyyəti ilə bağlı çətinliklərlə üzləşiblər. Bu da bəzi işçilərin məşğulluğuna təsir göstərib, məşğulluq sahəsində təzyiqlər artmaqda davam edir," - deyə o bildirib.

Bununla belə, nazir müavini qeyd edib ki, 2025-ci ilin ilk rübündə məşğulluq vəziyyəti ümumilikdə sabit qalıb. Belə ki, ölkənin şəhər yerlərində 3,08 milyon yeni iş yeri açılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 50 min daha çoxdur.

Yu Ciadun əlavə edib ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin və Dövlət Şurasının planına uyğun olaraq, hakimiyyət orqanları təzyiqlərə baxmayaraq iş yerlərinin artırılması üçün bütün səylərini davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31