Şmıqal: ABŞ-la mineral sazişinə əvvəlki yardımlar daxil olmayacaq– ÖZƏL
11:33 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Baş naziri Denis Şmıqal bildirib ki, Ukrayna və ABŞ mineral resurslarla bağlı hazırlanmaqda olan sazişə sənəd imzalanmazdan əvvəl göstərilmiş yardımların daxil edilməməsi barədə razılaşıb. Bu məsələ ABŞ Maliyyə naziri Skott Bessentlə Dünya Bankı və BVF-in 2025 Yaz Görüşləri çərçivəsində müzakirə olunub. Şmıqal qeyd edib ki, sənəd Avropa öhdəliklərinə, Ukraynanın konstitusiyasına və qanunvericiliyinə zidd olmamalı, parlament tərəfindən ratifikasiya edilməlidir. Hazırda hüquqşünaslar saziş üzərində işləyirlər və artıq ciddi irəliləyiş var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31