İranla Azərbaycan arasında çoxlu əməkdaşlıq sahələri var – Pezeşkian

İran və Azərbaycan arasında əməkdaşlıq və əlaqələrin inkişaf etdirilməsi üçün çoxlu sayda sahələr mövcuddur.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Azərbaycana səfərdən öncə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr sadəcə qonşuluq əlaqələri deyil, iki ölkə vətəndaşlarının bir-biriləri ilə qohumluq əlaqələri də var:

"İki ölkə arasında tarixi və mədəni əlaqələr mövcuddur".

Pezeşkian deyib ki, iki ölkə arasında elektrik və qaz mübadiləsi sahəsində əməkdaşlığı inkişaf etdirmək mümkündür.

"Ticarət və iqtisadi cəhətdən birgə yatırımlar etmək olar", - o bildirib.

İran prezidenti əlavə edib ki, dəhlizlər çərçivəsində İran, Azərbaycan və Rusiya arasında əməkdaşlıq formalaşa bilər.

"İran, Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində, sərnişin və yükdaşıma sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək olar", - o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31