Trampın xüsusi nümayəndəsi Sankt-Peterburqda Rusiya rəsmiləri ilə görüş keçirib – ÖZƏL
11 Aprel 16:15 DünyaABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof Sankt-Peterburqda Rusiyanın xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyevlə görüş keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası yayıb.
Məlumata görə, bu gün səhər saatlarında Uitkofun təyyarəsi Pulkovo hava limanına enib. Daha əvvəl "Axios" nəşri xəbər yaymışdı ki, Trampın xüsusi nümayəndəsinin bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşü mümkündür.
Qeyd edək ki, bu, Stiv Uitkofun Rusiyaya üçüncü səfəridir. Sonuncu dəfə o, martın 13-də Moskvada olmuş və Prezident Vladimir Putinlə, həmçinin digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31