Makron: “Aİ ABŞ-ın bütün ədalətsiz rüsumlarının ləğvinə nail olmağa çalışacaq”– ÖZƏL
11 Aprel 2025 14:16 DünyaOlaylar.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Avropa İttifaqının məqsədi ABŞ-ın tətbiq etdiyi "ədalətsiz" gömrük rüsumlarının tamamilə ləğvinə nail olmaqdır. O, bu tariflərin Aİ şirkətlərinə 52 milyard avroya başa gəldiyini vurğulayıb. Əsas zərər avtomobil, alüminium və polad ixracatından dəyib.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrə, o cümlədən Aİ-yə qarşı 20-34% arası yeni tariflər tətbiq edib. Lakin aprelin 9-da Tramp bəyan edib ki, Çin istisna olmaqla, digər ölkələr üçün bu rüsumlar 90 gün müddətinə 10%-lik baza səviyyəsində saxlanılacaq. Çin isə cavab olaraq tariflərini 125%-ə qaldırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31