Marsda milyardlarla ton su tapılıb– ÖZƏL
11 Aprel 2025 13:24 DünyaOlaylar.az xəbər verir ki, Çinin "Çjucün" marsoxodu qədim okean dibi hesab edilən Marsın Utopiya düzənliyində su izləri aşkarlayıb. Tədqiqatlar göstərir ki, bu okean təxminən 3,68 milyard il əvvəl yaranıb və 260 milyon il mövcud olub. Suyun bir hissəsi buz halında qaldıqdan sonra yerin dərinliyinə çəkilib.
Səs-kəşfiyyat məlumatlarına əsasən, Marsın 12-20 km dərinliyində maye halında yeraltı okean mövcuddur. Bu kəşf, Marsın gələcəkdə kolonizasiya üçün uyğun hala gətirilməsində mühüm rol oynaya bilər. Alimlər hesab edir ki, bu su səthə qaytarılarsa, planeti yaşanacaq hala salmaq mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31