Türkiyədə İŞİD-ə qarşı reydlər: 100-dən çox saxlanılan var

Türkiyədə İŞİD-ə üzv olmaqda şübhəli bilinən 105 nəfər hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya "X" hesabında yazıb.

"23 əyalətdə aparılan əməliyyat nəticəsində İŞİD-ə üzvlükdə şübhəli bilinən 105 nəfər saxlanılıb", -deyə nazir bildirib.

Qeyd edilir ki, reydlər zamanı saxlanılan şəxslə başlıca olaraq terrorçu qruplaşmanın maliyyələşməsində və sosial şəbəkələrdə onun təbliğatının aparılmasında şübhəli bilinirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31