Böyük Britaniya və Norveç Ukraynaya pilotsuz uçuş aparatları üçün 580 milyon dollar ayıracaq- ÖZƏL

Böyük Britaniya və Norveç Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün 580 milyon dollar ayırmağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, iki ölkə 11 aprel tarixində Brüsseldə Böyük Britaniya və Almaniyanın sədrliyi ilə keçiriləcək Ukraynanın tərəfdarları toplantısında mövcud maliyyə mənbələri hesabına 450 milyon funt sterlinq (təxminən 580 milyon dollar) dəyərində birgə dəstək paketini təqdim edəcək.

Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib: "Biz müharibəni unudaraq sülhü təhlükəyə ata bilmərik. Məhz buna görə də bu gün açıqladığımız genişmiqyaslı dəstək paketi Ukraynanın ön cəbhədəki mübarizəsinə verilən dəstəyi artıracaq."

Nazirliyin məlumatına görə, təqdim olunacaq yardım paketi nəqliyyat vasitələrinin və hərbi avadanlıqların təmiri və texniki qulluq işlərini də əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31