MDB XİN Şurası əməkdaşlıq proqramını təsdiqlədi- ÖZƏL
11 Aprel 2025 11:30 DünyaMDB Xarici İşlər Nazirləri Şurasının genişləndirilmiş iclasında üzv dövlətlərin xarici sərhədlərində əməkdaşlıq proqramı təsdiqlənib. Olaylar.az xəbər verir ki, bu barədə MDB Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini, Koordinasiya Xidmətinin rəisi, ordu generalı Aleksandr Manilov məlumat verib.
Onun sözlərinə görə, proqramın məqsədi MDB-nin xarici sərhədlərində sərhəd təhlükəsizliyi sisteminin etibarlı fəaliyyətini təmin etmək və mövcud sabitliyi qorumaqdır.
"2030-cu ilə qədər nəzərdə tutulan bu yeni orta müddətli proqram, xarici sərhədlərdə sabitliyin saxlanmasına və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək", - deyə Manilov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31