Estoniya Prezidenti: Avropada müdafiə xərclərini ilk növbədə böyük dövlətlər artırmalıdır- ÖZƏL
11 Aprel 2025 11:02 DünyaEstoniya Prezidenti Alar Karis hesab edir ki, Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əsas yük böyük dövlətlərin üzərinə düşməlidir. Olaylar.az xəbər verir ki, bu barədə o, ölkənin milli yayım qurumu ERR-ə açıqlamasında bildirib.
"Biz Avropanı bütöv şəkildə nəzərdən keçiririk və təhlükəsizlik naminə töhfəni böyük dövlətlər verməlidir. Biz müdafiə xərclərimizi 10 faizə qədər artırsaq belə, bu, Avropanın ümumi müqavimət qabiliyyətinə ciddi təsir etməyəcək. Ona görə də böyük güclərlə dialoq aparmaq vacibdir", - deyə Karis vurğulayıb.
Xatırladaq ki, Estoniya hökuməti 18 martda 2026-cı il üçün müdafiə büdcəsini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmağı təsdiqləyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə NATO-nun fəaliyyətindən narazılıq ifadə etmiş, Avropa ölkələrinin öz təhlükəsizliklərinə görə daha çox maliyyə məsuliyyəti daşımalı olduqlarını bildirmişdi. Prezidentliyi dövründə NATO üzvlərinin müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmalı olduqlarını bəyan etmişdi.