Dominikan Respublikasının paytaxtında "Jet Set" gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 113-ə çatıb.
Olaylar.az xəbər verir ki, bununla bağlı ölkənin Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru məlumat yayıb.
Məlumata görə dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilənlərin sayı isə 255 nəfəri ötüb. (APA )