Rusiya və ABŞ diplomatları İstanbulda görüşür
10 Aprel 2025 10:31 DünyaRusiya və ABŞ nümayəndə heyətləri bu gün İstanbulda iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması üzrə məsləhətləşmələrin ikinci mərhələsini keçirəcəklər.
Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, görüşdə iki ölkənin xarici siyasət idarələrinin nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, ilk belə görüş fevralın 27-də baş tutub və mətbuata bağlı qapılar arxasında söhbət 6 saatdan çox davam edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31