"Ölkəmiz xəritədən silinəcək"

Ukraynalı deputat Aleksandr Dubinski iddia edir ki, Rusiya ilə müharibənin sonunda ölkəsi xəritədən silinə bilər.

Olaylar.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.

"Ukrayna bu gün oyundan kənarda qalıb və alternativsiz seçim qarşısındadır: yardım üçün amerikalılara pul ödəməlidir, məğlub olacağı halda ərazisinin 20 faizini Rusiyaya verməlidir və ya xəritədən silinməlidir", - deputat deyib.

Dubinskinin fikrincə, vəziyyətin "unikallığı" ondan ibarətdir ki, Ukrayna müharibənin sonunda hamıya pul ödəməli olacaq. /Teleqraf 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31