Türkiyədə mədəndə partlayış: 13 yaralı var
10 Aprel 10:05 DünyaTürkiyədə mədəndə partlayış baş verib.
Olaylar.az xəbər verir ki, partlayış nəticəsində 13 nəfər yaralanıb.
Hadisə Ankaranın Nallıhan qəsəbəsində yerləşən Çayırhan mədənində baş verib. Yaralılardan 2-nin vəziyyəti ağırdır.
Gecə saat 3-də baş verən hadisə zamanı yaralanan 13 işçidən 2-nin vəziyyəti ağır olduğu üçün onlar Ankara Şəhər Xəstəxanasına göndərilib, digərləri isə Beypazarı Dövlət Xəstəxanasında müalicə alır.
Ankara Valiliyi hadisə ilə bağlı açıqlama yayaraq bildirib ki, partlayış qaz sızması səbəbindən baş verib və 29 işçidən 1-i ağır, 1-i orta, 11-i isə yüngül xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31