Çin Xarici təsirlərə hazır olduğunu bildirdi- ÖZƏL

Çin Xalq Respublikasının Dövlət Şurasının sədri Li Çyan ölkənin xarici təsirlər nəticəsində iqtisadiyyatına təzyiq göstərildiyini, lakin bu çətinliklərə qarşı hazır olduqlarını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə o, Pekində iqtisadçılar və sahibkarlarla görüşü zamanı danışıb.

"Biz aydın şəkildə dərk etməliyik ki, xarici təlatümlər Çin iqtisadiyyatının sabit fəaliyyətinə müəyyən təzyiqlər göstərib," - deyə Li Çyanın sözlərini Çin Mərkəzi Televiziyası sitat gətirib. "Biz bu məsələ ilə bağlı ətraflı qiymətləndirmə apardıq və müxtəlif qeyri-müəyyənliklərə qarşı hazırlaşmışıq," - deyə o əlavə edib.

Baş nazir həmçinin vurğulayıb ki, Çin inkişafını daim çətinliklərin və çağırışların öhdəsindən gələrək əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31