Pekin: Çin münaqişəyə hərbiçi göndərməyib – ÖZƏL
9 Aprel 2025 14:37 DünyaÇin Rusiya-Ukrayna münaqişəsində iştirak üçün hərbçilər göndərməyib və öz vətəndaşlarından silahlı toqquşmalardan uzaq durmağı tələb edir.
Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan məlumat verib.
Onun sözlərinə görə, Çin hökuməti vətəndaşlarına münaqişələrə qarışmamaq və tərəflərdən heç birinin hərbi əməliyyatlarında iştirak etməmək göstərişi verib. Pekin Rusiya tərəfində Çin vətəndaşlarının iştirakı ilə bağlı iddiaları araşdırır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Donetskdə iki Çin vətəndaşının əsir alındığını bildirmiş və bu barədə görüntülər yayımlamışdı. Ukraynanın Xarici İşlər Nazirliyi isə Çinin Kiyevdəki müvəqqəti işlər vəkilini izahat üçün çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31