Peskov: Çin vətəndaşlarının əsir götürülməsi ilə bağlı məlumatı şərh edə bilmərəm – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna tərəfinin bir neçə Çin vətəndaşının guya əsir götürülməsi ilə bağlı iddialarını şərh etməkdən imtina edib.

"Mən bu məlumatı heç cür şərh edə bilmərəm", - deyə o, brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan isə daha əvvəl vurğulamışdı ki, Çin vətəndaşlarının guya Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur. Onun sözlərinə görə, Çin hökuməti münaqişəyə hərbçi göndərməyib və öz vətəndaşlarına döyüş əməliyyatlarında iştirakdan çəkinməyi tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31