İranın hərbi vəziyyəti gücləndirməsi ABŞ-nin qarşıdurma ritorikasına cavabdır- Peskov- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İranın orduyu yüksək döyüş hazırlığına gətirməsi ABŞ-nin qarşıdurma ritorikasının fonunda təbii bir addımdır. Eyni zamanda, vəziyyətin gərginləşməsi Rusiyanı narahat edir.

"Əlbəttə, bu, hər kəs üçün narahatlıq doğurur," - deyə Peskov jurnalistlərin sualına cavab olaraq bildirib. "Biz sərt ritorika eşidirik. Təbiidir ki, İran hakimiyyəti zəruri qabaqlayıcı müdafiə tədbirləri görür. Bütün bunlar gərginliyin artmasına səbəb olur," - mətbuat katibi qeyd edib.

"Bizim fikrimizcə, bu cür şəraitdə əsas odur ki, xəbər və məlumatlara diqqət yetirək, hansı ki, birbaşa və ya dolayı yolla əlaqə qurulması ehtimallarını bildirir - bu fərq etməz," - Peskov əlavə edib. "Amma əlaqə və dialoq həmişə qarşıdurma hərəkətlərindən daha yaxşıdır, çünki qarşıdurmalar yalnız gərginliyin artmasına gətirib çıxarır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31