Çində qocalar evində faciə - 20 ölü var

Çinin şimalında qocalar evində yanğın baş verib.

Olaylar.az xəbər verir ki, çinin dövlət xəbər agentliyi Sinxuanın məlumatına görə, yanğın aprelin 8-i çərşənbə axşamı yerli vaxtla axşam saat 21:00 radələrində Longhua qocalar evində baş verib.

Baş verən yanğında 20 nəfər ölüb.

Qocalar evində qalan digər qocaların da xəstəxanaya köçürüldüyü açıqlanıb.

Bildirilib ki, yanğının səbəbləri hələ də araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31