Çin ABŞ-la ticarət savaşında qalib gələ bilər– ÖZƏL
9 Aprel 12:17 DünyaOlaylar.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, Çin ABŞ-la mümkün ticarət savaşında üstünlük əldə edə bilər. Material müəllifləri hesab edirlər ki, sabiq prezident Donald Tramp "ABŞ-ı ticarət müharibəsində məğlub edə biləcək bir ölkə ilə açıq qarşıdurma yaradıb".
CNN qeyd edir ki, Çin ticarət qarşıdurmasında dözümlülük nümayiş etdirir və Trampın komandası bu uzunmüddətli çəkişməyə və onun ABŞ istehlakçılarına təsirlərinə nə dərəcədə hazırdır - bu, hələlik qeyri-müəyyəndir.
Xatırladaq ki, Ağ Ev Çindən idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarının 104%-ə qədər artırıldığını təsdiqləyib. Tramp bildirib ki, bu rüsumlar yalnız Pekin Vaşinqtonla razılaşma imzaladıqdan sonra ləğv olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31