Rusiya: Ukraynada istənilən xarici hərbi iştirak NATO ilə toqquşmaya səbəb ola bilər – ÖZƏL
9 Aprel 12:15 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukraynada istənilən xarici hərbi iştirak - istər hansı bayraq altında olsun, istər hansı mandatla - Rusiya tərəfindən təhlükə kimi qəbul ediləcək və bu, NATO ilə birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.
"Xatırlatmaq istəyirik ki, Ukraynada istənilən xarici hərbi iştirak, istər hansısa bayraq, lövhə, ya da elan olunan mandat altında həyata keçirilsin, Rusiya Federasiyası tərəfindən ölkəmizin təhlükəsizliyinə təhdid kimi qəbul olunacaq. Belə adlandırılan missiyalarda iştirak edən NATO üzvü ölkələr birbaşa hərbi qarşıdurma riski daşıyır, bu isə bütövlükdə alyansla qarşıdurma deməkdir," - deyə Zaxarova bəyan edib.
Diplomat həmçinin vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi rejim Avropadakı müttəfiqlərindən konkret olaraq qoşun göndərilməsini gözləyir. Bu isə əslində həmin ölkələrin Kiyev rejiminin tərəfində münaqişəyə daxil olması demək olacaq.