Macarıstan Aİ-dən çıxmaq istəmir, amma islahatlar tələb edir — Siyarto - ÖZƏL

Macarıstan, Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq qərarı alsa da, Avropa İttifaqından  ayrılmağı düşünmür. Olaylar.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Piter Siyarto "Bloomberg" telekanalına verdiyi müsahibəsində bildirib.

"O, Avropa İttifaqını nəzərdə tutursunuz? Xeyr, heç bir müzakirə aparmağa dəyməz, əlbəttə ki... Biz özümüzü Aİ-nın üzvü kimi qəbul edirik və gələcəkdə də qəbul edəcəyik. Lakin biz Aİ-də bəzi islahatlar görmək istəyirik", - deyə Şiyarto qeyd edib. O, həmçinin bildirib ki, hal-hazırda Avropa İttifaqının rəqabət qabiliyyəti və gücü çox aşağı səviyyədədir və Macarıstan istəyir ki, AB "Brüssel tərəfindən idarə olunan superdövlət" olmasın, əksinə, güclü ölkələrdən ibarət bir ittifaq olsun.

Ötən cümə günü Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ölkəsi BCM-dən çıxmaq qərarı qəbul edib, çünki təşkilat son illərdə obyektivlikdən daha çox siyasi alətə çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31