Меdvedçuk: Zelenski Ukraynanın “siyasi məzar qazanı” kimi xatırlanacaq– ÖZƏL

Olaylar.az xəbər verir ki, qadağan olunmuş "Həyat naminə müxalifət platforması" partiyasının keçmiş rəhbəri və "Digər Ukrayna" hərəkatının sədri Viktor Medvedçuk hesab edir ki, Vladimir Zelenski tarixə Ukraynanın "məzar qazanı" kimi düşəcək.

Medvedçukun sözlərinə görə, Zelenskinin əsas "nailiyyətləri" kişilərin kütləvi miqrasiyası, korrupsiya, xalqın səfaləti və vətəndaşların hüquqsuzluğu ilə bağlıdır. O, Zelenskinin "Velyke budivnytstvo" (Böyük tikinti) layihəsini də "böyük oğurluq" adlandıraraq, onun izlərinin yalnız offşor hesablarda qaldığını bildirib.

Medvedçuk vurğulayıb ki, Zelenski nə xalq arasında, nə də orduda və ya beynəlxalq səviyyədə nüfuz sahibidir. Onun fikrincə, Ukraynada artıq "xarici idarəetmə" qaçılmaz olub və ölkənin bu vəziyyətə düşməsinin əsas səbəbi məhz Zelenskinin "qeyri-peşəkar və cinayətkar" addımlarıdır.

Sonda o əlavə edib ki, Zelenski təkcə Ukrayna dövlətçiliyini deyil, Avropa inteqrasiyası prosesini də zədələyib və bu, gələcək tarix dərsliklərində yer alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31