Medvedev: Trampa sui-qəsd üçün silah Ukraynadan alınırsa, bu ABŞ üçün utancvericidir – ÖZƏL
9 Aprel 2025 11:13 DünyaRusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-nin əvvəlcə Ukraynaya sponsorluq edib, sonra isə amerikalıların oradan prezident Donald Trampa sui-qəsd üçün silah almağa çalışmasını "ABŞ üçün utancverici hal" adlandırıb.
Olaylar.az xəbər verir ki, Medvedev bu fikirlərini öz Telegram kanalında paylaşıb. Həmin məlumata görə, Trampa qarşı sui-qəsddə ittiham olunan Rayan Uesli Rut Ukraynadan raket qurğusu almağa çalışıb.
"ABŞ Kiyevə yüz milyardlarla dollar yardım edib. Nəticə? İndi amerikalı axmaqlar Bandera tərəfdarlarından prezidentlərini öldürmək üçün silah alırlar! Bu nə qədər utancverici haldır! Ay mərhəmətli Tramp, bəlkə artıq silah alverinin gerçək sifarişçilərini - Bankovayada kokain iyləyənləri - cəzalandırmaq vaxtıdır?" - deyə Medvedev qeyd edib.
O, eyni paylaşımı "X" sosial şəbəkəsində də ingilis dilində yayımlayıb.
Qeyd edək ki, ABŞ mediasının məlumatına görə, Rayan Uesli Rut 2022-ci ildən sonra dəfələrlə Ukraynaya səfər edib və Ukrayna Silahlı Qüvvələri ilə əlaqə saxlayıb.