ABŞ fırıldaqçılıqda ittiham olunan şəxsi Rusiyaya deportasiya etdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ hakimiyyəti banklardan on milyonlarla rubl mənimsəməkdə ittiham olunan şəxsi Rusiyaya deportasiya edib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Volkun sözlərinə görə, bu gün Misirdə həmin şəxs Interpolun Rusiya üzrə Milli Mərkəzi Bürosunun əməkdaşlarına təhvil verilib. O, ABŞ-dən amerikalı müşayiət heyəti ilə deportasiya olunub.

İstintaqın məlumatına əsasən, 2006-2007-ci illərdə şübhəli şəxs bir qrupla birlikdə Novokuznetsk şəhərində bir neçə bankdan eyni bahalı avtomobilləri almaq bəhanəsilə kreditlər götürüb və bu pullardan öz maraqları üçün istifadə edib.

2008-ci ilin noyabrında cinayət işi açılıb, 2012-ci ildə ona qarşı həbs-qətimkan tədbiri seçilsə də, o, ölkədən qaçaraq beynəlxalq axtarışa verilib.

ABŞ-də saxlanılan şəxs yaxın günlərdə Moskvaya gətiriləcək və barəsində istintaq davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31