Trampın nümayəndəsi dəvət olunsa, Tehrana gedə bilər– ÖZƏL
9 Aprel 2025 10:50 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff dəvət aldığı təqdirdə Tehrana səfər edə bilər. Bu barədə Washington Post amerikalı rəsmilərə istinadən yazıb.
Qeyd olunur ki, Tramp bir müddət əvvəl Vaşinqtonun İranla danışıqlar apardığını açıqlayıb. Onun sözlərinə görə, şənbə günü "demək olar ki, yüksək səviyyəli" bir görüş baş tutacaq. Ağ Evin rəsmi nümayəndəsi Karolin Levitt də bildirib ki, ABŞ və İran nümayəndələri arasında birbaşa danışıqlar gözlənilir.
Nəşrin məlumatına görə, əgər danışıqlar birbaşa xarakter daşımayacaqsa, Uitkoff bu məqsədlə Oman səfərinə qatılmaya da bilər.
Xatırladaq ki, Kremlin sözçüsü də ABŞ-İran təmaslarını müsbət qiymətləndirib və vəziyyətin sabitləşməsi üçün səylərini davam etdirəcəklərini bildirib.