Ərdoğan onu məhkəməyə verdi - 500 min təzminat tələb edir
8 Aprel 17:00 DünyaCHP sədri Özgür Özəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən məhkəməyə verilib.
Olaylar.az türk mediasına istinadla xəbər verir ki, CHP sədri Özgür Özəl fövqəladə qurultay zamanı prezident Rəcəb Tayyib Ərdoğanı "xunta üzvü" adlandırdığı üçün prezident tərəfindən ona qarşı 500 min TL-lik mənəvi təzminat iddiası qaldırılıb.
Prezidentin vəkili Hüseyn Aydın məsələ ilə bağlı rəsmi açıqlama verib.
O bildirib ki, Özgür Özəlin işlətdiyi ifadələr həm əsassız ittiham, həm də təhqir xarakterlidir.
"CHP sədri Özgür Özəl tərəfindən fövqəladə qurultayda prezidentimizi hədəf alan chr("39")xunta üzvüchr("39") kimi əsassız ittihamlar və təhqiramiz ifadələrə görə Ankara Asliye Məhkəməsində 500 min TL-lik mənəvi təzminat iddiası qaldırılıb. Bundan əlavə, Ankara Baş Prokurorluğuna cinayət işi üçün müraciət edilib" .