Duda: ABŞ hərbçilərinin Jeşuvdan çıxarılması NATO ilə razılaşdırılıb- ÖZƏL

Polşa prezidenti Andrzej Duda, Polşa ilə Ukrayna sərhədindəki Jeşuv hava limanında yerləşən ABŞ hərbçilərinin logistik mərkəzindən digər bazalara köçürülməsinin NATO səviyyəsində razılaşdırıldığını və bunun ABŞ-nin ölkədən çıxarılması anlamına gəlmədiyini açıqlayıb. Olaylar.az xəbər verir ki, Duda bu barədə jurnalistlərə bildirib:

"Bu məsələni bilirəm, söhbət Jeşuv

hava limanının təhlükəsizliyinə məsuliyyətin təhvil verilməsindən gedir. Bu məsələ alyans səviyyəsində müzakirə olunub", - deyə Duda Tallində Estoniya Prezidenti Alar Karis ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında qeyd edib. "Bu, hərbçilərin çıxarılması deyil", - əlavə edib Polşa prezidenti.

Bir gün əvvəl isə ABŞ-nin Avropa və Afrika Birləşmiş Komandanlığı, Jeşuvdakı logistik mərkəzdən hərbçilərin və texnikaların digər Polşa bazalarına köçürülməsi barədə açıqlama vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31