Fon der Leyen Çin'i Ukraynada daha çox sülhə töhfə verməyə çağırıb- ÖZƏL

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Çin Xalq Respublikasının Dövlət Şurasının Başçısı Li Çıan ilə telefon danışığı zamanı ölkəni Ukraynadakı münaqişənin həllində daha fəal iştirak etməyə çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nın açıqlamasında bildirilir.

Açıqlamada qeyd edilib ki, Fon der Leyen Avropa İttifaqının Ukraynada ədalətli və dayanıqlı sülhə dəstəyini bir daha təsdiqləyib və sülhün şərtlərinin yalnız Ukrayna tərəfindən müəyyən edilməli olduğunu vurğulayıb. O, Çinchr("39")ı sülh prosesinə əhəmiyyətli töhfə vermək üçün səylərini artırmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31