ABŞ, Yaponiyada böyük MQ-4C Triton kəşfiyyat PUA-larını yerləşdirəcək – ÖZƏL

Birləşmiş Ştatlar, Yaponiyanın Okiyana cənubunda yerləşən Hərbi Hava Bazasına MQ-4C Triton kəşfiyyat PUA-larını yerləşdirmək niyyətindədir. 

Olaylar.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Naziri Gen Nakatani jurnalistlərə məlumat verib. Məlumatı Kyodo xəbər agentliyi yayıb.

Nazir, bu addımın "Yaponiya və ABŞ arasındakı alyans çərçivəsində məlumat toplamanın yaxşılaşdırılması məqsədini daşıdığını" bildirib.

MQ-4C Triton PUA-larının yerləşdirilməsi, ABŞ-nin Kadena Hərbi Hava Bazasına yaxın həftələrdə başlayacaq və bu, müəyyən edilməmiş bir müddət üçün davam edəcək. Bundan əvvəl, ABŞ Hərbi Hava Qüvvələri 2023-cü ildən MQ-9 Reaper PUA-larını həmin bazada yerləşdirmişdi. 2024-cü ilin mayından etibarən isə ABŞ hərbi qüvvələri Kadena Hərbi Hava Bazasına iki MQ-4C Triton yerləşdirmişdi. Bu dəfə istifadə olunacaq texnikanın sayı barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31