ABŞ Ali Məhkəməsi kütləvi deportasiyalara qoyulan qadağanı ləğv edib- ÖZƏL

ABŞ Ali Məhkəməsi 7 aprel tarixində Prezident Administrasiyasının müraciətini qəbul edərək, miqrantların kütləvi deportasiyasına qoyulan qadağanı ləğv edib. Olaylar.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məhkəmənin beş üzvü qadağanın ləğvi lehinə, dördü isə əleyhinə səs verib. Beləliklə, aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub.

Ali Məhkəmə qərarında qeyd edib ki, icraedici hakimiyyət deportasiya qərarı çıxarılan miqrantlara ölkəni tərk etməzdən əvvəl bu qərarı məhkəmədə mübahisələndirmək üçün "müvafiq zaman" verməlidir. Eyni zamanda, bu məhkəmə proseslərinin miqrantların saxlanıldığı Texas ştatında keçirilməsi tələb olunur, paytaxt Vaşinqtonda yox.

Qeyd edək ki, bundan əvvəl Kolumbiya Federal Dairə Məhkəməsi 1798-ci ildə qəbul edilmiş "Xarici düşmənlər haqqında qanun"a əsaslanaraq miqrantların kütləvi deportasiyasını müvəqqəti dayandırmaq barədə qərar çıxarmışdı. Həmçinin, məhkəmə deportasiya edilən şəxslərin olduğu bütün təyyarə reyslərinin geri qaytarılmasını tələb etmişdi. Lakin ABC News-un məlumatına görə, bu tələb ABŞ administrasiyası tərəfindən yerinə yetirilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31