Tramp doğum gününə görə ordunu səfərbər edir

ABŞ Prezidenti Donald Tramp bəzi yüksək vəzifəli məmurlara 14 iyunda özünün doğum günü və ABŞ ordusunun 250 illiyi münasibətilə hərbi parad planlaşdırmağı tapşırıb. 

Olaylar.az xəbər verir ki, bu barədə yerli media yazıb.

Prezidentin 79-cu yaş gününü ordunun yaranmasının ildönümünə həsr olunan tədbirlərlə bir günə salması əmr etdiyi bildirilir.

Paradın əvvəlcə Virciniya ştatının Arlinqton şəhərindəki Pentaqondan Vaşinqtondakı Ağ Evə qədər təxminən dörd mil uzanması planlaşdırılıb. Məlumata görə, bu, Körfəz müharibəsinin sona çatması münasibətilə təşkil olunan 8 iyun 1991-ci ildə Milli Qələbə Günündəki hərbi paradın marşrutu ilə tamamilə eynidir.

Paradın dəqiq necə olacağı hələ ki məlum deyil. Lakin 2018-ci ildə Trampın komandası və Pentaqon rəsmilərinin təşkil etdiyi parada bənzəyəcəyi güman edilir.

Hələ 2017-ci ildə Fransada Bastiliya qalasının azad edilməsinin ildönümündə bənzər paradın keçirilməsi nəzərdə tutulub. Quru qoşunları, Hərbi Dəniz Qüvvələri, tanklar və zirehli texnikaların keçidi planlaşdırılıb. Təbdirin ümumilikdə 100 milyon dollara başa gələ biləcəyi hesablanıb. Lakin sonra tanklar və zirehli texnikaların yollara zərər verəcəyi düşünüldüyü üçün plan dəyişdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31