Azərbaycan XİN Myanma və Tailandda dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib
29 Mart 14:57 DünyaAzərbaycan Xarici İşlər Nazirliyi Myanma və Tailandda baş verən dağıdıcı zəlzələdən zərər çəkənlərlə bağlı başsağlığı verib.
Bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Biz fəlakətdən zərər çəkmiş insanların mümkün qədər tez normal həyata qayıtmasına, dağılmış regionların bərpasına və yenidən qurulmasına ürəkdən inanırıq", - deyə paylaşımda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31