İtkin düşmüş şəxslərlə bağlı genişmiqyaslı işlər davam etdirilir - XİN rəhbəri (YENİLƏNİB)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

İtkin düşmüş şəxslərin məsələsini beynəlxalq səviyyədə gündəmdə saxlamaq üçün genişmiqyaslı iş davam etdirilir.

Olaylar.az xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Minalardan da bəhs edən nazir qeyd edib ki, əziyyət çəkən ölkə kimi Azərbaycan minaların sülhə təhdid törətməsi məsələsini daim beynəlxalq gündəmdə saxlayıb.

"Azərbaycanın mina təhlükəsi ilə bağlı il ərzində beynəlxalq təşkilatlar qarşısında məlumatlandırma işlərini davam etdirib. Bununla yanaşı, itkin düşmüş şəxslərin axtarışı məsələsinin də beynəlxalq gündəmdə saxlanılması yüksək formada davam etdirilib", - deyə o, vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31