Bu islahatlar Azərbaycanın iqtisadi inkişafını daha da artırıb - Sahil Kərimli - ÖZƏL
15 Dekabr 2023 20:24 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan Prezidenti cənab İlham Əliyev hakimiyyətdə olduğu ilk illərdən Azərbaycanın iqtisadiyyatının möhkəm təməllər üzərində qurulması və iqtisadiyyatımızın inkişafı istiqamətində bir çox uğurlu addımlar atmağa başladı. 20 il ərzində Azərbaycan iqtisadiyyatı çox böyük yüksəliş əldə etdi."
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli qeyd edib:
"Azərbaycanın bu gün möhkəm iqtisadiyyatı var və dünya ölkələrinin aparıcı iqtisadiyyatları sırasındadır. Biz ilk öncə iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etməsi sahəsində görülən tədbirləri xüsusi vurğulamalıyıq. Ölkədə sahibkarlıq, normal biznes mühitinin yaradılması, xarici investorların cəlb edilməsi istiqamətində də 20 il ərzində böyük addımlar atılıb. Qeyri-neft sektorunun inkişafı istiqamətində, iqtisadiyyatdan gələn gəlirlərin cəmiyyətin bütün sahələri üzrə paralel paylanılması və elm, təhsil, ordu quruculuğu sahələrinə yönəldilməsin, insan kapitalına sərf edilməsi istiqamətində çox uğurlu işlər görülüb. Bu gün Azərbaycan iqtisadi baxımdan dünyanın inkişaf etməkdə olan ölkələri sırasındadır. Cənubi Qafqazda Azərbaycanın gücünü, nüfuzunu, beynəlxalq aləm üçün cəlbediciliyini daha da artırır. Bu gün Azərbaycan öz iqtisadi imkanları ilə Avropanın əsas tərəfdaşları, enerji təminatçısı sırasında yer alır. Azərbaycan istər neft, istər qeyri-neft, istərsə də iqtisadiyyat baxımından dünyanın əsas tərəfdaşlarından biridir. MDB ölkələri ilə, qardaş Türkiyə ilə qarşılıqlı ticari idxal-ixrax əməliyyatlarının aparılması da xüsusi vurğulanmalıdır. Bütün sahələrdəki dərin islahatlar Azərbaycanın iqtisadi imkanlarını daha da artırıb. Dövlət qurumlarının, gömrük və vergi orqanlarının da şəffaflığının yaradılması, qara iqtisadiyyatın, kölgə iqtisadiyyatının ləğv edilməsi üçün çox böyük addımlar atıldı. Cənab prezident İlham Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində biz bu gün Azərbaycanın iqtisadi baxımdan çox güclü ölkə olduğunu söyləyirik."