ADA Universiteti Şəkidə yeni fakultə açır

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

ADA Universiteti Şəkidə Dizayn və memarlıq fakültəsi açır. Layihə ilə bağlı təqdimat Universitet üçün ayrılmış binada - Şəkinin Yuxarı Baş Dövlət qoruğu ərazisində yerləşən Zülfüqarovların mülkündə keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Cavanşir Feyziyev məlumat verib: "Təqdimat mərasimində ADA Universitetinin rektoru cənab Hafiz Paşayev, ADA Universitetinin Amerika mərkəzinin prezidenti Qabil Məmməd, İtaliyanın Politecnico Universitetinin alimləri, Elm və Təhsil naziri Emin Əmrullayev, Mədəniyyət naziri Adil Kərimli, Dövlət Turizm Agentliyinin rəhbəri  Fuad Nağıyev, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, millət vəkilləri, digər rəsmi şəxslər və Şəki ziyalıları iştirak ediblər. Universitet üçün ayrılmış tarixi bina istifadəyə verilmədən öncə Azərbaycan və İtaliya memarları tərəfindən birlikdə bərpa olunacaq.  Uğurlu olsun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31