Cevdet Yılmaz: “Tək hədəfimiz birrəqəmli inflyasiyaya nail olmaqdır”- ÖZƏL
11 Avqust 2023 14:20 Dünya"Tək hədəfimiz və məqsədimiz ölkəmizdə birrəqəmli inflyasiyaya nail olmaqdır".
"OLAYLAR" trthaber-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz səsləndirib.
Orta Müddətli Proqrama (MTP) hazırlıq çərçivəsində İstanbul Maliyyə Mərkəzində (IFC) maliyyə dünyasının nümayəndələri ilə görüşən Cevdet Yılmaz maliyyə sektorunun bir çox sahədə ciddi potensiala malik olduğunu bildirib:
"Ən mühüm gözləntilərimizdən biri əmanət dərəcələrimizin artırılmasıdır və cari əməliyyatlar açığı dediyimiz məsələ də böyük ölçüdə bununla bağlıdır. Əgər bir ölkədə ümumi investisiyaları ümumi əmanətlərinizlə maliyyələşdirə bilmirsinizsə, xarici maliyyələşdirməyə ehtiyacınız var. Xarici maliyyə dediyimiz bir mənada cari əməliyyatlar hesabının kəsirinə uyğun gəlir".