İlon Mask dünyanın ən zəngin adamı oldu
24 İyul 2023 23:38 Dünya"Tesla" şirkətinin qurucusu amerikalı biznesmen İlon Mask "Forbes" jurnalının dünyanın ən varlı adamları reytinqində birinci yerə yüksəlib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Maskın sərvəti 5,9 milyard dollar və 2,51 faiz artıb. Hazırda onun sərvəti 242,5 milyard dollar təşkil edir.
İkinci yerdə LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti Bernard Arnault və ailəsi yerləşib, onun sərvəti 234,6 milyard dollar dəyərində qiymətləndirilir.
Üçüncü yerdə isə "Amazon" korporasiyasının qurucusu Ceff Bezos yer alıb. Onun sərvəti 152 milyard dollar təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31