BƏƏ və Rusiya logistika, polad sənayesi sahələrində əlaqələri gücləndirəcək – ÖZƏL
11 İyul 2023 13:14 Dünya"Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) polad sənayesi və təchizat logistikası sahəsində əməkdaşlığı gücləndirməli və genişləndirməlidir, Rusiya və BƏƏ-dən bir çox şirkət bu tərəfdaşlıqda maraqlıdır".
Olaylar.az xəbər verir ki, bunu BƏƏ Sənaye və Qabaqcıl Texnologiyalar Nazirliyinin müşaviri Ömər Əhməd Suwaina Əl Suveydi bildirib.
"BƏƏ və Rusiya şirkətləri tərəfindən əməkdaşlığa böyük maraq var. Müxtəlif sektorlarda əməkdaşlıq etmək istəyən çoxlu şirkətlər var və biz polad sənayesi, logistika və s. kimi sektorlarda əməkdaşlıq imkanlarını gücləndirməli və genişləndirməliyik" - o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31