Bir neçə NATO ölkəsi Ukraynaya əlavə hərbi dəstək vəd edə bilər - ÖZƏL
11 İyul 2023 12:48 Dünya"NATO-nun Vilnüsdə keçiriləcək sammitində bir sıra NATO üzv ölkələri Ukraynaya maliyyə və hərbi-texniki yardımı davam etdirmək öhdəliyi götürə bilər".
Olaylar.az xəbər verir ki, bunu "Valday" klubunun elmi fəaliyyətlər üzrə direktoru Fyodor Lukyanov bildirib. "İndiyə qədər bütün bu müzakirələr NATO ölkələrinin hərbi-texniki təchizat və ola bilsin, subsidiyalar və maliyyə dəstəyi ilə bağlı öhdəlikləri ilə nəticələndi. Orada da oxşar bir şeyin üzə çıxacağını gözləmək olar - bir sıra dövlətlər Ukrayna üçün hərbi-texniki və maddi dəstəyi davam etdirməyi öhdələrinə götürürlər" - analitik deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31