ABŞ-da 37 milyon insan həddindən artıq istilərə görə təhlükədədir- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-ın şimal-qərbindən cənub-şərqinə qədər bir çox ştatlarda yaşayan 37 milyona yaxın insana təhlükəli isti hava ilə bağlı xəbərdarlıq edilib. ABŞ Milli Meteoroloji Xidmətinin (NWS) verdiyi açıqlamada, ekstremal temperaturun ölkənin şimal-qərbində Sakit Okean sahillərindən cənub-qərbindəki səhralara qədər uzanan bölgəyə təsirini davam etdirəcəyi bildirilib. Açıqlamada sözügedən xəttin ətrafında yaşayan təxminən 37 milyon sakindən bəzən həyati təhlükələrə səbəb olan temperatur artımlarına qarşı diqqətli olmaları istənilib. Açıqlamada ekstremal temperaturların həftə sonuna qədər davam edəcəyi qeyd edilib və bu prosesdə istilərlə bağlı xəstəliklərin arta biləcəyi qeyd edilib.  Arizona əyalətinin paytaxtı Feniksdə keçən il 9 gün dalbadal 43 dərəcənin üzərində olan temperaturun bu il təxminən 18 gün ərzində eyni dərəcədən aşağı düşməyəcəyi paylaşılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31